Respublika ərazisində yüksəksürətli internetin təmin edilməsi davam etdirilir. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində əhali yüksəksürətli internetlə təmin olunur və xidmətdə heç bir çətinlik müşahidə edilmir.
Bir neçə saat öncə sosial şəbəkələrdə Bakı şəhəri ərazisində internetin kəsilməsi ilə bağlı xəbərlər yayılmışdı.