top
Qalmaqallı binanı alan olmadı - Bu dəfə 18 milyona təklif edilir
25 oktyabr 2024, 00:06
- ↺ +

Qalmaqallı binanı alan olmadı - Bu dəfə 18 milyona təklif edilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirəsinə qərar verilmiş “Bakı Oksford Məktəbi”ni üçüncü hərracla da alan olmayıb.

“Qafqazinfo”nun məlumatına görə, məktəb dörd gün sonra böyük endirimlə hərraca çıxarılacaq.

Ötən ay 22 milyon 232 min 700 manata alınmayan məşhur məktəb bu dəfə 25 faiz endirimlə 18 milyon 527 min 250 manata təklif edilir. Bu isə əvvəlkindən 3 milyon 705 min 450 manat aşağıdır. Əmlakın ilkin satış qiymətinin 10%-i həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər hərracda iştirak edə bilərlər.

Müsadirəsindən sonra isə məktəbin binası 24 milyon 700 min manat qiymətləndirilmişdi. Amma əvvəlki satışlarda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib.

Xatırladaq ki, “Bakı Oksford Məktəbi” “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, Məmmədovun arvadının rəhbərlik etdiyi sözügedən məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilib.

Sonradan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məktəb binasında ½ hissə pay sahibi olduğunu iddia edib. Cavab isə belə olub ki, məktəbin tikintisi “Baku Steel Company”dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib.

Rasim Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər