6 nömrəli məktəb-liseydə 8 yaşlı şagirdin zorakılığa məruz qalması ilə bağlı yayılan iddialar Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Məsələ ilə bağlı aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb.
"Hazırda araşdırma davam etdirilir. Nəticəsi barədə müraciət müəllifinə əlavə məlumat veriləcək", – məlumatda qeyd olunub.
Daha öncə sosial şəbəkələrdə 2-ci sinif şagirdinin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə seksual hərəkətlərə təhrik edildiyi iddia edilib. Uşağın anasına istinad edərək bildirilib ki, onun psixoloji vəziyyəti ağırdır.