Rusiya aviaşirekəti Omsk–Bakı aviareyslərini həyata keçirməyə başlayacaq. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“IrAero” aviaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb. Uçuşlar həftədə 1 dəfə – çərşənbə axşamı baş tutacaq və “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Aviareyslər 2 aprel tarixindən etibarən start götürəcək.
Bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.