Dövlət Akademik Opera və Balet Teatrının əməkdaşı dünyasını dəyişib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Bakı Xoreoqrafiya Akademiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Uzun müddət mədəniyyət ocağında quruluşçu rejissor vəzifəsində çalışan Xəyyam Kələntərli dünyasını dəyişib.
O, tanınmış repçi ABD Malikin atasıdır.