İstanbuldan Lahora gedən təyyarə Bakıya təcili eniş edib. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Heydər Əliyev adına Beynəlxalq Hava Limanına istinadən xəbər verir.
"Turkish Airlines” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
“Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı Hava Limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.