Bakının “Park Bulvar” ticərət mərkəzində 1-10 aprel tarixləri aralığında məşhur brendlərdən ibarət “Outlet Qaraj Günləri” baş tutacaq. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az məlumat verir.
Satış Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və Park Bulvar AVM-in birgə təşkilatçılığı ilə ticərət mərkəzinin mənfi 2-ci mərtəbəsində saat 10:00-dan 22:00-a kimi keçiriləcək.
“Tommy Hilfiger”, “Bebe”, “Lacoste”, “Angels”, “Pablosky”, “Adl”, “Accessorize”, “Benetton”, “Calvin Klein”, “Coccinelle”, “Liu Jo”, “Monnalisa”, “Sisley”, “Adidas”, “OVS”, “Tudors”, “Chicco”, “Twinset Milano”, “B&G Store”, “Orsay”, “Soo be”, “İnstreet”, “Hummel”, “Levis”, “English home”, “Cool Club”, “Greyder”, “Altınyıldız Classic”, “Colins”, “Mavi”, “İpekyol”, “Ted Baker”, “Pinko”, “Carpisa”, “Entertainer”, “Trussardi” kimi məşhur brendlər endirimli məhsulları təqdim edəcək.