Yasamal rayonunun Parlament prospektində aparılan təmir işləri artıq yekunlaşıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
İşlər prospektin Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək hissəsində aparılıb. Təmir zamanı köhnə asfalt örtüyü təzəsi ilə əvəzlənib, yolun profili salınıb. Həmçinin yeraltı kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları qaldırılıb, üfüqi nişanlanma xətləri çəkilib.