Bakıda partlayış olan gecə klubunda xəsarət alanların biri də dünyasını dəyişib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir.
Sözügedən obyektdə aşpaz kimi işləyən Gülbala Abdullayev vəfat edib. O, özəl tibb müəssisəsində müalicə alırdı, vəziyyət kritik idi.
Daha öncə, 7 aprel tarixində müalicə alanlardan biri, 23 yaşlı Fərqanə Abdullayeva dünyasını dəyişmişdir. Ölənlərin sayı ümumilikdə 3 nəfər oldu.