Bakıda “Bizimkilər” festivalı çərçivəsində bahar fəslinin gəlişi ilə əlaqədar yarmarka keçirilir. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az xəbər verir.
“Passage 1901” sərgi məkanında tədbirdə müxtəlif əl işləri, ev üçün dekor, oyuncaqlar təqdim olunur. Həmçinin yarmarkada nümayiş olunan dizayn aksesuarları, kosmetika və geyimləri əldə etmək də mümkündür.
Yarmarka saat 11:00-20:00 arası keçirilir. Tədbirə giriş sərbəstdir. Ünvan: Nigar Rəfibəyli küçəsi, 12/14, “Passage 1901”.
Qeyd edək ki, sərgi bü gün açılıb və iki gün (martın 3-dək) davam edəcək.
[URIS id=131540]