Bakı həbsxanasında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin birində cəza çəkən məhkum Sahib İbrahimov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Sahib İbrahimov yaxın qohumu olan azyaşlı qıza qarşı seksual təcavüzdə təqsirli bilinərək həbs edilib.