Ekologiya Nazirliyinin əməkdaşları paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərində yoxlama aparıb. Bu haqda bu gün, 12 noyabr tarxində qurumun mətbuat xidməti məlumat yayıb.
Nizami və Qaradağ rayonlarında yerləşən “Şam Bağı”, “Golden Ring”, “Sultan”, “Ağ Saray”, “Oskar”, “Sapfir”, “Xan Qızı”, “Grand Neon” və “Qaradağ” şadlıq saraylarındakı havalandırma sistemlərinin baxımsız vəziyyətdə olduğu aşkarlanıb.
Təmizləyici qurğuların texniki xidmət göstərilməməsi və filtrlərinin təmizlənməməsi havaya normadan artıq tullantı atılmasına səbəb olur.
Həmçinin, Səbail rayonunda yerləşən “Tiflis” şadlıq sarayında ümumiyyətlə qeyd olunan qurğuların quraşdırılmadığı məlum olub.
Faktlarla bağlı protokol tərtib edilib və obyekt sahibləri məsuliyyətə cəlb olunub.