Bakının Səbail rayonunda avtomobillərin hərəkəti bərpa olunub. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Ötən gün sözügedən ərazidə su xəttində yaranmış problemlə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmuşdu.