Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlamalar zamanı heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az məlumat verir.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Səbail və Nəsimi rayonlarında 7 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Yoxlamalar davam etdirilir.