Bakıda mənzillərin bahalaşmasının həcmi açıqlanıb. Bu haqda bu gün, 14 iyul tarixində Trend İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) istinadən məlumat verib.
Mərkəzin apardığı monitorinqlərə əsasən, iyun ayında mənzil bazarında qiymət artımı davam edib.
Xüsusilə də qiyməti 100 min manata qədər olan mənzillərə tələbat artıb.
100 min manata qədər olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb. 100-300 min manat arası təklif olunan mənzillər 4 faiz bahalaşıb. 300 min manatdan yuxarı qiymətə təklif olunan mənzillərin qiymətində önəmli dəyişiklik olmayıb.