Bakıda 7 şirkət fəaliyyətini dayandırır. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Fed.az-a istinadən xəbər verir.
Məlumata görə, ləğv edilən “Karandash Engineering and İT Solutions”, “Tasty Fruits and Foods”, “Business Mind Academy”, “BMA Business Kids”, “Karandash Advertising”, “Unions Foods Group”, “İCM Qrup” MMC-ləri eyni şəxsə məxsusdur.
Kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.