Paytaxt rayonlarından birində COVİD-19-a qarşı “booster” doza ilə vaksin olunanların sayı 45.000-i ötüb.
Nərimanov rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, rayon ərazisində bu günə qədər cəmi 46241 nəfər “booster” dozası ilə vaksin olunmuşdur.
Vətəndaşlar 4, 8, 18 və 37 saylı poliklinikalarda, 5 saylı ŞKX, BSM və digər xəstəxana və özəl tibb müəssisələrində vaksinasiya prosesindən keçə bilərlər.