Bakının müxtəlif rayonlarında dəm qazı normadan artıqdır. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında dəm qazı 1,4, azot-4 oksidi 1,2 dəfə normadan yüksək olub.
Qurumdan verilən məlumata görə, dəm qazının və azot-4-ün normadan çox olmasının səbəbi nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.