Bakıda əsən güclü külək nəticəsində müxtəlif ünvanlarda ağaclar sınıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ümumilikdə 13 ağac aşıb, 23 ağacın budaqları sınıb. Qurumun əməkdaşları tərəfindən sınan ağaclar götürülüb, ərazilər təmizlənib.
Hava şəraiti ilə bağlı Yaşıllaşdırma Tərərrüatı Birliyi gücləndirilmiş iş rejimində çalışır.