Sabah Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava gözlənilir. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Milli Hidrometerologiya Xidmətinə istinadən məlumat verir.
Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Sabah şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.