Bakıda internetin sürətində və keyfiyyətində problem yaşanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az BAKU.WS-ə istinadən məlumat verir.
Paytaxtın müxtəlif rayonlarında yaşayan vətəndaşlar gündəlik istifadə etdikləri internetin sürəti və keyfiyyətinin qənaətbəxş olmadığını bildiriblər. "Aztelekom" MMC-dən məsələ ilə bağlı bildirildi ki, hazırda sürətli internetin təmin edilməsi istiqamətində işlər davam etdirilir:
“Aztelekom” MMC-yə və “Bakı Telefon Rabitəsi” MMC-yə internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC isə abunəçilərindən 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq".