Bakıda ən təmiz və ən çirkli havası olan ərazilər açıqlanıb. Bu haqda 8 avqust tarixində Bakuplus.az məlumat verir.
Bakıda ən təmiz və keyfiyyətli hava Buzovna, Bilgəh və Nardaran ərazilərindədir. Ən pis hava isə “Koroğlu” və “Neftçilər” metro stansiyaları yaxınlığında qeydə alınıb.
Bu araşdırmanı Xəzər Universiteti yanında Hava Keyfiyyəti Laboratoriyası həyata keçirib.