Sabunçu Gənclər Evində əmək yarmarkası baş tutacaq. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Tədbirdə 44 vakansiya təqdim olunacaq. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarka avqustun 1-də saat 11:00-da keçiriləcək. Giriş sərbəstdir.
Ünvan: Sabunçu ray., Bakıxanov qəs., Yavər Əliyev küç., 91 A (Sabunçu Gənclər Evi).