Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Kamil Bəşirov 68 yaşında dünyasını dəyişib. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az universitetin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Bəşirovun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. O, 1975-ci ildə ADPU-nun Filologiya fakültəsini bitirib. 2014-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək 2013-cü ildən filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
Professor Azərbaycan Milli Elmlər Akademiyasının Müasir Azərbaycan dili şöbəsinin müdiri vəzifəsində çalışıb.