Bakıda Qırğızıstan Ticarət Evinin rəsmi açılışı baş tutub. Bu haqda bu gün, 29 dekabr tarixində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Twitter-də məlumat verib.
“Açılışında iştirak etdiyimiz Qırğız Respublikasının Azərbaycandakı Ticarət Evi ölkələrimiz arasında işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək, ticarətin artmasına müsbət təsir göstərəcəkdir”, - paylaşımda deyilir.
[URIS id=85205]