Bakıda qəza törədən sürücü parkinqdə gizlənməyə çalışıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“Mercedes” markalı avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən yayınmağa çalışıb. O, yol polisindən qaçaraq “Park Azure”un yeraltı parkinqinə daxil olub. Təqib zamanı sürücü parkinqdə 15 dövrə vurub.
Dövlət Yol Polis əməkdaşları heç bir avtomobilə zərər vurmadan onu saxlamağı bacarıblar. Onun barəsində protokol tərtib edilib.
Məlum olub ki, hadisəni törədən şəxsin psixi xəstəliyi var. Buna baxmayaraq, o, sürücülük hüququna malikdir.
Faktla bağlı araşdırma aparılır.