Hazırda ölkənin sürüşmə zonalarında vəziyyət stabildir. Bu haqda bu gün, 17 yanvar tarixində Report Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, sürüşmə ilə bağlı son monitorinq ötən gün Zığ, Badamdar və Qaraçuxurda aparılıb: "Texnogen faktorların qarşısının alınması istiqamətində işlər davam etdirilir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb. Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilir. Qaraçuxurda bu yolla, demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".
İdarə Heyətinin sədri əlavə edib ki, ölkədə 99 lokal sürüşmə zonası müəyyən edilərək xəritələşdirilib, onlardan 42-sində mütəmadi olaraq monitorinq aparılır.