“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Diamed Development Group” MMC arasında 13,7 mln manatlıq su tərkibli məhlulların istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. Pirallahı rayonunda yerləşəcək zavodda natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsulları istehsal olunacaq.
Bu layihədə “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20% təşkil edir. İllik istehsal gücü 20 mln ədəd məhsul olan müəssisədə 100-ə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulur.