Bu gün, 25 avqust tarixində “Planet Parni iz Baku” KVN komandasının üzvləri çirklənmiş Nardaran çimərliyində təmizlik aksiyası keçiriblər. Bu haqda məlumat KVN komandasının İnstagram səhifəsində yayılıb.
KVN teatrının kollektivi könüllülərlə birlikdə çimərliyi zibillərdən təmizləyib. Aksiyada Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə də iştirak ediblər.
Təşəbbüs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülərin dəstəyi ilə həyata kəçirilib.
[URIS id=65831]