General-mayor Polad Həşimovun məzarı ziyarət olunub. Bu haqda bu gün, 2 yanvar tarixində Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin bir qrup zabiti, Vətən müharibəsi iştirakçıları və ailə üzvləri General-mayorun doğum günündə II Fəxri Xiyabanda xatirəsini yad ediblər.
Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. O, 14 iyul 2020-ci il tarixində Tovuz rayonunda Azərbaycan-Ermənistan dövlət sərhədində şəhid olub.