Bakıda kültəvi dava zamanı polisi öldürənlərə hökm oxunub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə ötən ilin 11 fevral tarixində Nizami rayonu ərazisində baş verib. Gecə saat 02:00 radələrində kütləvi dava zamanı 2 nəfər – İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetiriliblər. Onlardan biri polis əməkdaşı idi.