Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif olunub. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Prezident Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, Elmar Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.