Azərbaycanın pianoçu və bəstəkarı, Respublikanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı bu gün, 26 dekabr tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sabah, dekabrın 27-də Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur.