Prezident İlham Əliyev 3 gün ərzində and içəcək. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.