Prezident ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Aandiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub və onun üzərinə gül dəstələri qoyulub.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri düzülüb.