Qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
22-23 iyul tarixlərində keçirilən I və IV qruplar üzrə imtahanların nəticələri açıqlanıb. “Cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış olmaq mümküdür.
Həmçinin mobil operatorlar vasitəsilə də imtahanların cavablarını ala olar. Bunun üçün 7727 nömrəsinə buraxılış vərəqəsində verilən kodu göndərmək kifayətdir.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27.200 abituriyentdən 747 nəfəri imtahanda iştirak etməyib. 9 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda ən yüksək nəticə 693 ən aşağı nəticə isə 297.5 bal kimi göstərilib.