Qənirə Paşayeva son mənzilə yola salınıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Deputatla vida mərasimi Heydər Əliyev məscidində baş tutub. Daha sonra mərhum II Fəxri Xiyabana yola salınaraq orada torpağa tapşırılıb. Vida və dəfn mərasimlərində deputatın yaxınları, eləcə də sıravi vətəndaşlar iştirak ediblər.
Qənirə Paşayeva ötən gecə müalicə aldığı Mərkəzi Klinikanın müalicə şöbəsində vəfat edib.