top
“Qırçı Məhəmməd” kimi yaddaşlarda qalan aktyor
01 sentyabr 2023, 04:30
- ↺ +

“Qırçı Məhəmməd” kimi yaddaşlarda qalan aktyor

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fazil Salayev 1 sentyabr 1931-ci ildə Bakıda anadan olub.

Fazil Salayev Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub. O, orta məktəbdə müəllim, “Azərnəşr”də tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. Salayev Yasamal rayonundakı məktəblərin birində Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinifdə rəsm dərsi keçib. Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Milli Dram Teatrına işə qəbul olub. [Ekspress.- 2009.- 14-16 fevral.- S. 14.]

Aktyorun kinoda debütu 32 yaşında olub. O, “Ulduz” filmində Müxbir, “Bizim Cəbiş müəllim” filmində Mıqqı, “Dərviş Parisi partladır” filmində Qulaməli, “Şərikli çörək” filmində Qırçı Məhəmməd obrazlarını canlandırıb.

Kinorejissor Cəmil Quliyev hesab edir ki, Azərbaycan kinosunda “balaca adam” obrazını yaradan və bu obrazı ekranda inkişaf etdirən aktyor Fazil Salayev olub: “Bəzən onun yaratdığı obrazların adı da olmurdu. Ancaq onun bu obrazlara verdiyi həyat, təbiilik, dərinlik o obrazları bu gün də yaşadır”. [https://news.milli.az/culture/325002.html]

Fazil Salayev 1969-cu ildə “Şərikli çörək” filmində “Qırçı Məhəmməd” rolunda çəkilib. O, filmdə az görünsə də, dediyi “Cəhənnəmə ki” kəlməsi ilə qırçının əhvalatı tamaşaçılar arasında yadda qalıb. Aktyor Tariyel Qasımov F.Salayevi şanssız sənətkar hesab edir: “Şərikli çörək filmi məhz Fazilə görə uğur qazanmışdı və o film dövlət mükafatına təqdim olundu. Rejissor, operator, bəzi aktyorlara dövlət mükafatı verildi, amma Fazilə verilmədi. Bu, ona qarşı çox böyük insafsızlıq və haqsızlıq idi”. [https://news.milli.az/culture/325002.html]  [Mədəniyyət.- 2009.- 17 iyun.- S. 6.]Xalq artisti Yaşar Nuri isə aktyor haqda bu sözləri deyib: “...Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. [https://publika.az/news/tabloid/64698.html]

Fazil Salayev 20 iyul 1978-ci ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:48

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Bu gün, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Oxşar xəbərlər