Xəzər rayonunun 2 qəsəbəsinə vəsait ayrılıb. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün dövlət büdcəsindən 500.000 AZN Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.