Bakıda baş tutacaq “Qarabağ” – “Bayer 04” oyununa satılan biletlərin sayı açıqlanıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az məlumat verib.
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27.000 bilet satılıb.
Azərbaycan çempionunun mətbuat xidməti bildirilib ki, bilet satışı hələ də davam edir.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması isə martın 14-də keçiriləcək.