Dövlət Yol Polisi futbol azarkeşlərinə müraciət edib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
"Qarabağ" futbol klubu ilə Portuqaliyanın "Braqa" klubu arasında keçiriləcək futbol matçını izləməyə gedəcək azarkeşlərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur:
“Digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdəki hərəkətdə süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur", – deyə müraciətdə bildirilib.
“Qarabağ” - “Braqa” oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2024/02/video-whatsapp-2024-02-22-v-10.59.32_2ca32fdb.mp4"][/video]