“İticket.az” istifadəçilərdən üzr istəyib.
“Yüklənmə nəticəsində saytda baş verən nasazlıqdan ötrü hər birinizdən üzr istəyirik!” – deyə paylaşımda qeyd edilib.
Qurum nasazlığın artıq aradan qaldırıldığını əlavə edib.
12:22 - “Qarabağ”ın oyununa bilet almaq olmur
“Qarabağ” - “Bayer” oyununa bilet almaq mümkün olmur. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Futbol oyununa biletlər saat 12:00-da satışa çıxarılmalı idi. Ancaq həmin saatdan giriş çox olduğundan sayt “çöküb”. Azarkeşlər bilet ala bilmədiklərindən narazıdırlar.
“Qarabağ” - “Bayer” matçı 7 mart tarixində baş tutacaq.