Qaradağ rayonunda qanunsuz tikili sökülüb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı adıçəkilən rayonun Sahil qəsəbəsində, eləcə də Abşeron rayonunun Masazır qəsəbəsində qanunsuz inşa olunan tikililər aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müvafiq olaraq Abşeron və Qaradağ Rayon icra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həmin obeyktlər sökülüb.