Bakıdan Füzuli şəhərinə cari ilin birinci köç karvanı yola salınıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə, yəni 127 nəfər paytaxtın Qaradağ rayonundan Füzuliyə yola salınıb.
Bununla da 410 ailənin, yəni 1519 nəfərin daimi məskunlaşması təmin edilib.