Qaradağ rayonunda 2 nəfər qanunsuz neft məhsullarının satışını həyata keçirib. Bu haqda BakuPlus.az bu gün, 4 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Dövlət Yanğın Nəzarəti Xidmətinə Qobustan qəsəbəsi ərazisində yanğın təhlükəsizliyi qaydalarının pozulması barədə məlumat daxil olub. Araşdırma zamanı Akif Qasımov və Sənan Zərbəliyevin neft məhsullarını kustar üsulla plastik qablara dolduraraq qanunsuz satışını həyata keçirdikləri məlum olub.
FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı alınıb. Qanunu pozan şəxslər barədə aktlar tərtib olunub və hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, onlarla profilaktik söhbət aparılıb.
[caption id="attachment_92912" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]