Qaradağ rayonunun yolları üçün vəsait ayrılıb. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 400.000 AZN məbləğində vəsait ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.