Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qanunsuz heyvan kəsimi ilə məşğul olan obyekt aşkarlanıb. Bu haqda bu gün, 2 noyabr tarxində Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Keçirilən reydlər zamanı müəssisənin sanitar-gigiyenik normalara riayət edilməməsi, eləcə də baytarlıq nəzarəti olmadan ət satışı ilə məşğul olunması məlum olub.
Obyektin ət kəsimində istifadə edilən dəmir konstruksiyaları sökülüb və ət kəsimi ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb.