Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qanunsuz qida satışı halları aşkarlanıb. Bu haqda bu gün, 1 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Ticarət mərkəzlərinin birində həyata keçirilən yoxlama zamanı Rauf Qəmbərov, Muhammed Saeed Khana və Vüqar Mehdiyevə məxsus mağazada sertifikatlaşmamış bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) satışı aşkarlanıb.
Ümumilikdə 192 ədəd məhsul müsadirə edilib.
“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir” - deyə qurum əlavə edib.