Bakıda yaşayan qazilər üçün Türkiyədən psixoloqlar dəvət olunublar. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Naizlriyinə istinadən xəbər verir.
5 sentyabr 2022-ci il tarixindən etibarən Türkiyədən gələn 20-dən çox mütəxəssis, FHN-in psixoloqları ilə birlikdə paytaxt və regionlarda yaşayan qazi və şəhid ailələrinə ödənişsiz psixoloji yardım göstərəcəklər.
Qeydiyyatdan keçmək istəyən şəxslər Nazirliyin “112” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.