top
Qazilərin pulunu mənimsəyən “Bəyaz TV”-nin rəhbərinin məhkəməsi başlayır
12 mart 2022, 01:30
- ↺ +

Qazilərin pulunu mənimsəyən “Bəyaz TV”-nin rəhbərinin məhkəməsi başlayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsi qazilərinə qarşı dələduzluq edən kanal rəhbərinin məhkəməsi başlayır. Bu haqda 12 mart tarixində Report məlumat yayıb.

“Bəyaz TV” Youtube kanalının rəhbəri Bəhram Rüstəmov ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu gəlib və onlardan pul tələb edib. O, Samux rayonunda təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internetdə yerləşdirib yayacağı hədəsi ilə rəhbərlikdən pul alıb.

Həmçinin B. Rüstəmov dələduzluq yolu ilə Bakıda Vətən müharibəsi iştirakçılarından pul alaraq mənimsəyib. Məlum olub ki, o, qazilərə ev və avtomobil növbəsinə qeydiyyata salınmaq üçün kömək edəcəyi barədə yalandan vədlər verib və bu əmələ görə onlardan pul alıb. Eləcə də digər vətəndaşdan həbsdə olan tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul götürüb.

Bəhram Rüstəmov saxlanılıb və Cinayət Məcəlləsinin “Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq”, “Təkrar hədə-qorxu ilə tələb etmə”, “Rüşvət verməyə təhrik etmə” maddələri ilə təqsirləndirilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 29-na təyin edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:48

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Bu gün, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Oxşar xəbərlər